Bakıda saxlanan Göygöl sakininin evindən silah-sursat tapılıb

Respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. APA TV-nin məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş  məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayon sakini, 31 yaşlı Qara Əliyev saxlanılıb. Onun Binəqədi rayonunun Xocəsən qəsəbəsindəki evinə baxış zamanı “Marqulin” markalı tapança, 3 ədəd patron, 1 ədəd patron sandığı və alışdırıcısı ilə birlikdə "RQD-5" tipli qumbara aşkar edilərək götürülüb.  
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.  

Müəllif | Apa.Tv