2015-ci ildə neftin qiyməti ən yüksək həddə çatıb
Aprel ayı üçün bağlanan müqavilələrdə “Brent” markalı neftin qiyməti bahalaşaraq 62,77 dollara çatıb. APA TV-nin məlumatına görə, bu, 2015-ci ildə neftin qeydə alınan ən yüksək qiymətidir. Birjalarda WTI markalı neftin qiyməti 2,39 faiz bahalaşaraq 49,42 dollara çatıb. Qiymətlərin bahalaşmasına Amerikada neft hasilatının azalmasını təsdiqləyən statistik rəqəmlərin səbəb olub. Amerikalı analitiklər mart ayı üçün bağlanan benzin və dizel yanacağı müqavilələrində qiymətlərin yüksək olduğunu qeyd edir və bunu neftin qiymətinə təsir göstərən amil kimi dəyərləndirirlər.