Xaçmazın mərkəzində qəza: sürücü xəsarət alıb
Bu gün səhər saatlarında Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, qəza rayonun Bakı prospektində qeydə alınıb. 43 yaşlı Xaçmaz rayonu, Barlı kənd sakini Bəxtiyar Qurbanovun idarə etdiyi 10 PS 849 dövlət nömrə nişanlı “Daweoo Nexia” markalı avtomobil idarəetmədən çıxaraq yolun sağ tərəfindəki səkiyə çırpılıb. Müxtəlif dərəcəli xəsarətləri alan sürücü Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırmalar aparılır.