Sürücülərə unikal nəzarət mexanizmi - Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən reportaj

 
Monitorda işıq yanır. Hörmətli sürücü, zəhmət olmasa sükan arxasında telefonla danışmayın. 
 
Sükan arxasında telefonla danışan, yemək yeyən, çay içən, siqaret çəkən... Bunlar sürücülərin yol verdikləri qanun pozuntularıdır. Elə avtobuslarındakı monitorları sındırıb, yaxud onun üzərini örtüklə örtmələrinin və ya monitoru əks istiqamətə çevirməkdə də məqsədləri onlara bu cür xəbərdarlıqların edilməsinin qarşısını almaqdır. Onların hərəkətlərini isə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi izləyir. 

”Bu mərkəz təkcə paytaxt yollarına deyil, həm də sükan arasında əyləşən avtobus sürücülərinə nəzarət edir. Belə ki, sükan arxasında əyləşən sürücünün siqaret çəkməsi, telefonla danışması, ümumiyyətlə bütün qanun pozuntuları izlənilir və onlar barəsində tədbirlər görülür.
 
İctimai nəqliyyatı idarəetmə üzrə mütəxəssis Aytən Orucova bildirir ki, mərkəzdə sürücülərin qayda pozuntuları qeydə alınır: “Onlar telefonla danışır, siqaret çəkir və bizim avadanlığımızı sıradan çıxarırlar. Eyni zamanda sürət həddini pozarlarsa da, onlar barəsində müvafiq tədbirlər görülür”. 
 
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 153 əməkdaşı növbəli olmaqla, günün bütün saatlarında  paytaxtda nəqliyyatın hərəkətinə nəzarət edirlər. Kifayət qədər maliyyə sərf olunan bu layihə təkcə tıxaclara deyil, həm də işıqforlar, avtobusların hərəkəti, dayanacaqları izləyir, eyni zamanda  bəzi  cinayət hadisələrinin açılmasında Daxili İşlə Nazirliyi (DİN) ilə birlikdə çalışırlar. 
 
Paytaxt yollarını daim nəzarətdə saxlayan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi həm də işıqforların işinə nəzarət edir. Belə ki, hansısa yolda sıxlıq müşahidə olunarsa, həmin küçədəki işıqforlara yaşıl dalğa ötürülür və siz indi bunu əyani şəkildə görəcəksiniz. 

Müəllif | Apa.Tv