Cəbhədə daha bir erməni hərbçi öldürülüb
Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan Ordusunun bir hərbçisi öldürülüb. Ermənistan mətbuatının yaydığı məlumata görə, hadisə ötən gün yerli vaxtla saat 20:40 radələrində baş verib. Cəbhə xəttindəki erməni hərbi hissəsində xidmət edən 19 yaşlı əsgər Albert Safaryan aldığı güllə yarasından ölüb. Hazırda hərbi hissə komandanlığı hadisənin motivini dəqiqləşdirir.