Lənkəranda 19 yaşlı oğlandan külli miqdarda narkotik götürülüb

Lənkəran sakinindən külli miqdarda narkotik vasitə götürülüb. APA TV-nin cənub bürosunun məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub bölgəsində regional şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan rayonun Liman şəhər sakini, 19 yaşlı  Arzuman Səlimzadədən  külli miqdarda narkotik vasitələr aşkar edilərək müsadirə olunub. Saxlanılan şəxsdən götürülən narkotik vasitələrin, o cümlədən heroin, tiryək və həşişin ümumi çəkisi 1 kiloqramdan çox olub.   İstintaqa verdiyi ilkin ifadəsində o, tutduğu əməlindən peşman olduğunu bildirərək, narkotik vasitəni  6 ay öncə tanış olduğu iranlı  sürücüdən əldə etdiyini söyləyib.Saxlanılan şəxsin sözlərinə görə, onun atası da eyni əmələ görə 8 il həbs cəzası ilə məhkum olunub.  Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv