Bakıda təmirə dayanmış daha bir yol açıldı

 

Heydər Əliyev prospektinin köməkçi yolunda şəhər istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bәrpa edilib. APA TV-nin mәlumatına görə, Bağırov körpüsünün alt hissəsində tuneldə təmir-bərpa işləri başa çatıb.

 

Tuneldә alkapon örtüyü yenilәnib, yonma işlәri aparılıb, asfalt örtüyünün sıradan çıxmış hissәlәri tәzәlәnib.

 

Qeyd edәk ki, fevralın 28-i sәhәr saatlarından Heydər Əliyev prospekti köməkçi yolunda şəhər istiqamətində nəqliyyat vasitәlәrinin hәrәkәti tam mәhdudlaşdırılmışdı.

 

Müəllif | Apa.Tv
Apa.tv