Kürdəmirdə ev yanıb
Kürdəmirdə evdə yanğın baş verib. APA TV- nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bakı prospektində yerləşən 30 saylı Kürdəmir rayon yol-istismar idarəsinin balansında olan tikilidə qeydə alınıb. Orada yaşayan rayon sakini Vidadi Bağırova məxsus 60 kvadratmetrlik 3 otaqlı evin 20 kvadratmetrlik 1 otağı yanaraq yararsız hala düşüb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kürdəmir Rayon Yanğından Mühafizə hissəsinin 2 yanğınsöndürmə maşını və 12 nəfərlik şəxsi heyəti cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində alovun evin qalan hissəsi və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə, yanğına səbəb evdə istifadə olunan kiçik həcmli qaz balonu olub.
Yanğının dəqiq başvermə səbəbi araşdırılır.