Bakıda zəncirvari qəza olub

Gecə saatlarında Bakının Nərimanov rayonu ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA TV-nin məlumatına görə, qəza Ziya Bünyadov prospektində baş verib. Prospektlə "Koroğlu" metrostansiyası istiqamətində yüksək sürətlə  hərəkətdə olan "Mercedes" və "Mazda" markalı avtomobillərin sürücüləri idarəetməni itiriblər. Nəticədə maşınlardan biri sağdan, digəri isə soldan evakuator avtomobilinə çırpılıb. Zərbə güclü olduğundan  avtomobillərdən biri daha sonra divara, o biri isə prospektdə yol kənarındakı beton arakəsməyə dəyib.

 

Qəza nəticəsində xəsarət alan olmasa da hər üç avtomobil yararsız vəziyyətə düşüb. Qəzaya uğrayan maşınlar ərazidən təxliyə edilib.

 

Faktla bağlı Nərimanov Rayon Dövlət Yol Polisi Şöbəsində araşdırma aparır.

 

Müəllif | Apa.Tv