Cəlilabadda torpaq sürüşməsi baş verib

Cəlilabadda torpaq sürüşməsi qeydə alınıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə  rayonun Türkelli kəndi ərazisində baş verib. Bir həftə öncə yağan qar əriyərək sel suları şəklində dağlardan aşağı ərazilərə doğru axmağa başlayıb. Nəticədə əmələ gələn torpaq sürüşməsi yerli əhali üçün təhlükəyə çevrilib. Kənd sakinlərinin sözlərinə görə, sürüşmə zonası hər gün genişlənir.

 

Cəlilabad Rayon Fövqəladə Hallar Komissiyasından APA TV-nin cənub bürosuna bildirilib ki, son günlərin intensiv yağıntılarından sonra rayonun bir sıra yerlərində, o cümlədən Türkelli kəndində torpaq sürüşməsi faktları qeydə alınıb. Komissiya üzvlərinin iştirakı ilə sürüşməyə məruz qalmış  ərazilərə təkrar baxış keçiriləcək.

 

Müəllif | Apa.Tv