Kürdəmirdə "Mercedes" yük maşını ilə toqquşub: 3 yaralı

Kürdəmirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APATV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun 193-cü km-də, Kürdəmir rayonunun Çöhranlı kəndində qeydə alınıb. Atayev Vüsal Süleyman oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını ilə Əliyev Kamal Dəmir oğlunun idarə etdiyi “Howa” markalı yük maşını toqquşub. Nəticədə minik maşınının sürücüsü V. Atayev, sərnişinləri - Atayeva İradə Muxtar qızı və Abbasova Aygül Arif qızı müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hadisənin başvermə səbəbi araşdırılır.

 

Müəllif | Apa.Tv
Zahid Abışov