Qazaxda 48 yaşlı kişi 29 yaşlı sevgilisini öldürüb
Qazaxda gənc qadın odlu silahla qətlə yetirilib. Əliağa Şıxlinski küçəsi bina 5, mənzil 39 ünvanında 29 yaşlı Aynurə Abdullayeva güllələnib. Mərhumun atası Xanqulu Abdullayevin sözlərinə görə, qızının qeyri-rəsmi münasibətdə olduğu Qazax rayonu, Daş Salahlı kənd sakini 48 yaşlı Məcid Veyisov onun evinə ov tüfəngi ilə gəlib. O, tüfəngi ferması üçün aldığını deyib. Sonradan Aynurə Abdullayeva ilə aralarında yaranan mübahisə zamanı Məcid Veyisov yaxın məsafədən, odlu silahdan onun baş nahiyəsinə atəş açıb və hadisə yerindən qaçıb. Aynur Abdullayeva aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib. Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları gəlib. Təxirəsalınmaz tədbirlər nəticəsində hadisə yerindən qaçan Məcid Veyisov saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki Aynurə Abdullayeva bir uşaq anasıdır. Faktla bağlı Qazax rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.