Lənkəranda keçmiş məhkum arvadını bıçaqlayıb
Lənkəranda bıçaqlanma hadisəsi baş verib. APA TV-nın cənub bürosunun məlumatına görə, şəhər sakini, əvvəllər 3 dəfə məhkum olunmuş Mahir Tahir oğlu Hüseynov yaşadığı evdə şəxsi münasibətlər zəminində arvadı Günel Mirhəsən qız Hüseynovaya bıçaqla xəsarəti yetirib. Hadisəni törətmiş Mahir Hüseynov yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
Yaralı qadın Lənkəran Mərkəzi Rayon Xəstaxanasına çatdırılıb.
Faktla bağlı cinayət işi başlanıb.