Türkan qəsəbəsində 30 yaşlı qadın özünü asıb
Bakıda 30 yaşlı qadın özünü öldürüb. Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Türkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Nurlana Elbrus qızı Əsədova yaşadığı evin birinci mərtəbəsində yerləşən qarajda özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.