"FINCA Azerbaijan”dan “4x4 Novruz Sevinci”

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı müştəriləri üçün “4x4 Novruz Sevinci” adlı stimullaşdırıcı lotereyaya start verib. Mütəmadi olaraq, müştərilərinə yönəlik kampaniyalar, stimullaşdırıcı lotereyalar təşkil edən təşkilat bu dəfə Novruz Bayramı ərəfəsində müştərilərin sevincinə səbəb olacaq. 17 fevral-16 mart tarixlərində FINCA Azerbaijan-dan kredit götürən müştərilərin Novruz çərşənbələrində 65 ədəd dəyərli hədiyyə qazanmaq imkanı olacaq. İlaxır çərşənbəsində isə bir nəfər şanslı müştəri uduş fondunun ən dəyərli hədiyyəsi olan avtomobil qazanacaq. Lotereya şərtlərinə əsasən, məbləğindən və dövründən asılı olmayaraq kredit götürən hər bir müştərinin bir bilet şansı olacaq və qaliblər xüsusi hazırlanmış elektron proqram vasitəsilə seçiləcək. Lotereya uduş fondu 4 tirajla – Novruz bayramı öncəsi 4 çərşənbədə və 1 xüsusi tirajla oynanılacaq. 17-23 fevral tarixlərində kredit götürən müştərilər arasında qaliblərin seçiləcəyi I tiraj fevralın 24-də oynanılıb və 16 nəfər qalibi müəyyən olunub. 24 fevral – 2 mart tarixlərini əhatə edən II tiraj 3 mart, 3 mart – 9 mart tarixlərində kredit götürənlərin arasından qalib müştərilərin müəyyənləşəcəyi III tiraj 10 mart və sonuncu 10 mart – 16 mart tarixlərini əhatə edən IV tirajın qalibləri isə 17 mart tarixində bəlli olacaq. Xüsusi tiraj vasitəsilə oynanılacaq avtomobilin qalibi də məhz 17 mart tarixində lotereyanın keçirildiyi bütün müddət ərzində təşkilatdan kredit götürən müştərilərin arasından seçiləcək. Bununla yanaşı, “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlar üçün 18 fevral – 17 mart tarixlərini əhatə edən xüsusi endirim kampaniyasının icrasına başlayıb. Bu dövr ərzində “FINCA Azerbaijan”dan kredit götürən bütün xanım müştərilər 8%-dək endirimlərdən faydalana biləcəklər.

 

FINCA Azerbaijan-da hazırda faiz artımları, kredit şərtlərinin dəyişilməsi kimi nüanslar müşahidə olunmur.

 

Qeyd edək ki, təşkilat bu günə qədər tətbiq etdiyi şərtlər və faiz göstəriciləri əsasında məhdudiyyətsiz olaraq kreditverməni ölkənin bütün regionlarında fəaliyyət göstərən 67 filial ofisi vasitəsilə icra etməkdədir.

Müəllif | Apa.Tv
Apa.tv