Boko Haram terrorçuları 2 nəfərin başını kəsib

Boko Haram terrorçuları iki nəfərin başını kəsib. APA TV-nin xəbərinə görə, edamın görüntüləri sosial şəbəkələrdə yayılıb. Öldürülən şəxslər casusluqda günahlandırılır. Videodan görünür ki, özlərini Duad Məhəmməd və Məhəmməd Avvalu adlandıran iki şəxs terrorçuların qabağında dizi üstə çöküb. Videoda daha sonra başları kəsilmiş meyitlərin fotosu görünür.

Adı "Qərb tərzində tərbiyə yasaqdır" anlamına gələn Boko Haramın lideri Məhəmməd Yusif 2009-cu ildə həbsdə olarkən ölür. Bundan sonra törədilən terror aktları, silahlı basqınlar, edamlar nəticəsində 13 mindən artıq şəxs öldürülüb.

Müəllif | Apa.Tv
Apa.tv