Moskva Boris Nemtsovla vidalaşır - VİDEO

Moskvada 4 gün əvvəl qətlə yetirilən Rusiya müxalifətinin liderlərindən Boris Nemtsovla vida mərasimi keçirilib. APA TV-nin məlumatına görə, vida mərasimi Saxarov Mərkəzində təşkil olunub. Mərhumun tabutu yanında onun ailə üzvləri dayanıb. Rusiya iqtidarını vida mərasimində baş nazirin müavini, Nazirlər Kabinetinin aparat rəhbəri Sergey Prixodko təmsil edir. Bundan əlavə baş nazirin müavini Arkadiy Dvorkoviç də Nemtsovla vidalaşmağa gəlib. Mərasimə Moskvadakı diplomatik missiyaların rəhbərləri, ABŞ və Böyük Britaniya səfirləri də qatılıblar. Nemtsovun deputat seçildiyi Yaroslavl vilayətinin rəhbərliyi də mərasimdə iştirak edib. Xatırladaq ki, Boris Nemtsov fevralın 28-də Moskvanın mərkəzində güllələnərək öldürülüb. Cinayət törədilərkən Nemtsovun yanında ukraynalı model Anna Duritskaya olub. Rusiya İstintaq Komitəsi qadının Kiyevə getdiyini, lakin istintaq qrupu ilə əməkdaşlıq edəcəyini açıqlayıb.

Müəllif | Apa.Tv
Apa.tv