Qaxda yaşayış evi yanıb

Qaxda fərdi yaşayış evi yanıb. APA TV-nin Şəki-Zaqatala bürosunun  məlumatına görə, hadisə şəhərin Qax-Muğal küçəsində, İlqar ibrahimxəlil oğlu Cəlilova məxsus, ümumi sahəsi 80 kv/m olan kürsülü birmərtəbəli, 2 otaq və aynəbənddən ibarət fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar NazirliyininQax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin çardaq hissəsinin yanar konstruksiyaları tamamilə və yaşayış sahəsinin 40 kv/m-lik sahəsinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi, yanan evə bitişik qonşu ev və həyətdə olan digər iki yardımçı tikili yanğınsöndürənlər tərəfindən mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Vüqar Heydərov