Şabranda iki maşın toqquşub, 4 nəfər yaralanıb

Dünən axşam saatlarında Şabran raronunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumatına görə, yol qəzası Gəndob-Yalama yolunun rayonun Şahnəzərli kəndi ərazisində qeydə alınıb. “Opel Vectra” markalı avtomaşınla “VAZ 21010” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində “Opel”in sürücüsü, Xaçmaz rayonu, Bostançı kənd sakini Rəşidov Niyaz Sərkər oğlu və sərnişinləri Elsevər İbrahimov, Ruslan Didarov və Sahib Rəşidov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan 3-ü ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

 

“Opel”in sürücüsü isə qapalı kəllə-beyin travması və baş beynin sirkələnməsi diaqnozu ilə müalicəsini davam etdirir. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv