Yasamalda 7 mağaza və 2 mənzili qarət edən dəstə tutulub
Yasamal rayonunda 7 mağaza və 2 mənzili qarət etməkdə təqsirləndirilən dəstə üzvləri həbs edilib. 3 nəfərdən ibarət dəstə üzvlərindən biri yeniyetmədir. Saxlanılan Fərid Vəliyev və Soltan Soltanov bir-birilərini çoxdan tanıyır. Dəstə üzvləri Bakı şəhər sakinləri Səbinə Əliyeva, Oruc Musayev, İlqar Qarayev, Əfqan İsmayılov, Niyaməddin Mirzəyev və İlqar Quliyevə məxsus mağazalardan, Vüqar Qasımovun və Səməndər Ağayevə məxsus evlərdən oğurluq ediblər.
APA TV-nin xəbərinə görə, saxlanılan şəxslər əldə etdikləri pulu böldükərini, kafe və gecə klublarında xərclədikıərini deyiblər. Onlar mənzillərdən pul və qızıl-zinət əşyaları, mağazalardan isə əsasən, ərzaq məhsulları və spirtli içki oğurlayıblar. "Doşu" ləqəbli Fərid Vəliyevin 18 yaşının yeni tamam olmasına baxmayaraq, artıq bir dəfə məhkum olunub. Faktla bağlı araşdırma aparılır.