Ölkə ərazisində yağmurlu hava şəraiti davam edəcək
Martın 5-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə şimal qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında da arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, gündüz 2-7 isti olacaq.