Donetskdə şaxta faciəsi: 30 ölü

Ukraynanın Donetsk vilayətində, Zasyadko adına şaxtada partlayış baş verib. APA TV-nin məlumatına görə, partlayış nəticəsində 30 nəfər mədənçi ölüb. Ərazidə xilasetmə işlərinə start verilib, lakin xilasedicilər hələ partlayışın mərkəzi nöqtəsinə çata bilməyiblər. Hazırda partlayışdan sonra tunellərə yayılan zəhərli qazın təmizlənməsi prosesi gedir. Partlayış nəticəsində 14 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. 157 şaxtaçı isə ərazidən xəsarət almadan evakuasiya olunub.

Xatırladaq ki, Zasyadko adına şaxta Ukraynanın ən böyük kömür mədənlərindən biridir. 2007-ci ildə bu şaxtada baş verən partlayışda 101 şaxtaçı həyatını itirmişdi. Bundan iki həftə sonra qeydə alınan növbəti partlayış nəticəsində isə 52 fəhlə, 5 nəfər xilasedici ölmüşdü.


 

Müəllif | Apa.Tv
Apa.tv