Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimi başlayıb

Konyada Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimi başlayıb. Bu, Azərbaycan Hərbi Hava Qüvvələrinin qatıldığı ilk xarici uçuş təlimidir. APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, "TurAz Şahini 2015" adlanan təlim Anadolu Qartalı Hava Meydanında həyata keçirilir.

 

Azərbaycan Hərbi Hava Qüvvələrinin texnikası və 106 hərbçisinin qatıldığı təlimin məqsədi qarşılıqlı uçuş bacarığı və vərdişlərini daha da inkişaf etdirməkdir.

 

Təlimlərdə Azərbaycan və Türkiyə ilə yanaşı, bir sıra ölkələrin Hərbi Hava Qüvvələrinin vasitələri müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən axtarış-xilasetmə və digər tapşırıqları yerinə yetiriləcəklər.

 

Beynəlxalq uçuş üsullarının tətbiq olunacağı uçuş təlimlərində silah sistemləri haqqında məlumat və təcrübələr paylaşılacaq.

 

Təlimlər aprelin 13-dək davam edəcək.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı