Bakıda dini mağazadan oğurluq edən şəxs yaxalanıb
Nəsimi rayonunda mağaza qarət olunub. APA TV-nin məlumatına görə, ötən gecə rayonun Fikrət Əmirov küçəsi 13 ünvanında yerləşən dini mağazadan oğurluq olması ilə bağlı polisə məlumat daxil olub.
Dərhal hadisə yerinə gələn mühafizə polisinin əməkdaşları oğrunu iş başında tutublar.
Mağazada satıcı işləyən Rüfət Cabbarovun sözlərinə görə, saxlanılan Şəhruz Xəlilov peşəkar oğrudur. O, mağazadakı mühafizə siqnalına tutulmamaq üçün müxtəlif vasitələrdən istifadə edib. Lakin mağaza daxilindəki mühafizə siqanlını nəzərdən qaçıran oğru qaçmağa yer axtarıb. Satıcının sözlərinə görə, mağaza bundan əvvəl də bir neçə dəfə qarət olunub.
22-ci polis bölməsində dindirilən Şəhruz Xəlilov cinayətini etiraf edib. Dindirilmə zamanı məlum olub ki, o, bu mağazanı bir neçə dəfə qarət edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.