Mübariz Qurbanlı: "Ölkədə hər hansı radikal qrupun fəaliyyətinə imkan verilməyəcək"

“Ölkədə radikal dini qruplaşmaların fəaliyyətinin qarşısının alınması üçün bütün istiqamətlərdə iş gedir və bu iş davam edəcək”.

 

APA TV-nin xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı MTN-nin ölkədə dini dövlət qurmaq niyyətində olan mütəşəkkil dəstənin zərərsizləşdirilməsi barədə yaydığı məlumata münasibət bildirərkən deyib: "Bu, cəmiyyətin, söykəndiyimiz İslami dəyərlərin istəyidir. Radikal dini qrupların Azərbaycanda fəaliyyətinin aradan qaldırılması üçün son vaxtlar çox böyük işlər görülüb və bu işlər bu gün nəticə verməkdədir. Bu mübarizə bir an da olsun dayanmayacaq və biz bu fəaliyyətimizi ölkədə radikal qrupların fəaliyyəti tam aradan qalxana qədər davam etdirəcəyik".

 

Komitə sədri bildirib ki, ölkədə hər hansı radikal qrupun fəaliyyətinə imkan verilməyəcək.  

 

Müəllif | Apa.Tv
Almaz Qasımova