Qusarda 50 yaşlı kişi intihar edib
Qusar rayonunda intihar faktı qeydə alınıb. APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar şəhər sakini, 1965-ci il təvəllüdlü Seyidov Vahid Süleyman oğlu intihar edib. Onun yaşadığı evin həyətində özünü asdığı bildirilir. İntiharın səbəbləri araşdırılır.
Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.