Bakıda hazırlıq kursu qarət olunub
"Elit-Academy" hazırlıq kursu qarət olunub. Nərimanov Rayon Polis İdarəsi 18-ci polis bölməsi əməkdaşlarının keçiridiyi əməliyyat nəticəsində Rüstəm Kərimzadəyə məxsus "Elit-Academy" hazırlıq kursundan 5000 manat, 8 ədəd noutbuk, 1 ədəd televizor, 1 ədəd telefon və 1 ədəd yaddaş qurğusu oğurlamış Lənkəran rayon sakini Aqil Babayevi yaxalayıb. Hadisədə iştirak edən digər şəxsin axtarışları isə davam etdirilir. 33 yaşlı Aqil Babayev fəhlə işləyirmiş. Evə qayıdan zaman hazırlıq kursunun pəncərəsindən nootbuk kompüterlərini görərək, içəri girib və dostuna zəng edib.
Polis İdarəsindən APA TV-yə bildiriblər ki, digər şəxsin axtarışları davam edir.