Qubada ev yanıb

Qubada yanğın hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə Məmməd Əmin Rəsulzadə küçəsi 84 ünvanında qeydə alınıb. Quba sakini Yeganə Cəfərovaya məxsus ev içərisindəki əşyalarla birgə kül olub. Hadisə yerinə Quba Yanğından Mühafizə Hissəsinin 2 yanğın söndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovun qonşu mənzillərə keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə, yanğın elektrik xətlərindəki qısaqapanmadan meydana gəlib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vəli Turan