İŞİD 11 səhra komandirini edam edib


İŞİD terror təşkilatının silahlıları ötən gün İraq ordusunun Tikrit şəhərinə hücumu zamanı mövqelərini qoyub qaçan 11 səhra komandirini “satqın” elan edərək edam edib. Bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.     

 

APA TV-nin xəbərinə görə, İraq ordusunun İŞİD-in nəzarətində olan Tikrit şəhərinə hücumu zamanı onlarla terrorçu mövqelərini qoyaraq şəhəri tərk edib. Məlumata görə, şəhərin şərq və cənub hissələri artıq hərbçilərin nəzarətinə keçib. Ordu hissələri, həmçinin, terrorçuların nəzarətində olan Mosul və Kərkük şəhərlərinə gedən magistral yolu nəzarətə götürüb. 

 

Martın 2-də başlanan irimiqyaslı hücum İraq Silahlı Qüvvələri və könüllülərdən ibarət silahlı dəstələrin birgə ən böyük əməliyyatıdır. Əməliyyatda ümumilikdə 30 min nəfər iştirak edir.     

Müəllif | Apa.Tv