Yasamalda 35 yaşlı kişi özünə bıçaqla xəsarət yetirib
Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Dadaş Bünyadzadə küçəsində yaşayan 35 yaşlı Fuad Qəhrəmanov bıçaq xəsarətləri ilə qohumları tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılıb. Qarın nahiyyəsindən bıçaq xəsarətləri alan Fuad Qəhrəmanov dərhal əməliyyat olunub. Həkimlər onun həyatını xilas edə biliblər.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Fuad Qəhrəmanovu başqası bıçaqlamayıb, o, özü özünə bıçaqla xəsarət yetirib. Əməliyyatçılar dəqiqləşdiriblər ki, 35 yaşlı Fuad ailədaxili münaqişə zamanı əsəblərini cilovlaya bilməyib və bıçağı qarnına soxub.
Faktla əlaqədar Yasamal Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.