Bakıda mənzilə basqın! Quldurlar qadını döyüb, pulunu aldılar
Bakıda quldurluq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, martın 6-s gecə Sabunçu rayon Balaxanı qəsəbəsində yerləşən evlərin birinə basqın olub. 2 nəfər naməlum şəxs gecəyarısı Cahangir küçəsində Məmmədova Nazilə Xıdır qızına qarşı zorakılıq edib. Həmin şəxslər qadını döyüblər və ona hədə-qorxu gələrək 2500 manat pul alıblar.
Quldurların evi tərk etməsindən sonra qadın başına gələnlərlə bağlı polisə məlumat verib.
Faktla bağlı araşdırma aparılır.