“Səba” şirkəti: “Toyuqlarımızın qidasını yalnız özümüzün becərdiyimiz yem təşkil edir”

Üzü qibləyə kəsimxana, dindar qəssablar, halal kəsim, saf şollar suyu, sağlam görünüşlü toyuqlar, təmiz qablaşdırma prosesi... Səba quşçuluq fabriki ilə tanışlığa getmiş şəxslər müəssisədən bu təəssüratlarla qayıtdılar.  
 

Xəbər verdiyimiz kimi, indi istəyən hər bir şəxs Şabranda yerləşən Səba quşçuluq müəssisəsinə aparılıb, oradakı istehsal prosesi ilə tanış ola bilər. Bunun üçün sadəcə öncədən zəng edib qeydiyyata yazılmaq lazımdır.
 

İlk açıq qapılar günündə “Səba”nın çağırışı ilə quşçuluq fabrikini görmək üçün 40-a yaxın adam qeydiyyata düşüb. 20 Yanvar metrosu yaxınlığında onlar üçün ayrılmış avtobusla Şabrana yola düşən qonaqlar müəssisə haqqında qısa məlumat aldıqdan sonra, istehsal prosesi ilə addım-addım tanış olublar. Qonaqlara ən müasir texniki avadanlıqlardan istifadə ilə həyata keçirilən nəhəng istehsal prosesi barədə “Səba”nın halal kəsim qaydaları üzrə koordinatoru Hacı Böyükağa Şükürov məlumat verib. O bildirib ki, Səba məhsullarının halallığı üzü qibləyə tikilmiş kəsimxanasından başlayır və məhsullarının təmizliyini isə müəssisəyə çəkilmiş Şollar suyu təmin edir. Səba kəsimxanasında əl ilə bir-bir dua oxunaraq yerinə yetirilən halal kəsim, əl dəymədən robotlar vasitəsilə təmizlənmə və sanitariya normalarına ciddi riayətlə yerinə yetirilən qablaşdırma proseslərini Səba qonaqların böyük rəğbətinə səbəb olub.
 

Hacı Böyükağa Şükürov quşçuluq müəssisələrində yetişdirilən cücələrin adi kənd toyuqlarından fərqli olaraq  nə üçün daha tez böyüməsi barədə Səba qonaqlarının sualını cavablandırıb. Səba müəssisəsində yetişdirilən cücələr Ross 308 qarışıq cinsindəndir. Bu cücələr adi kənd cücələrindən fərqli olaraq ətlikdir. İntensiv yemləmə ilə 35 günə kəsimlik halına gələn toyuqlar Səba-da 40-45 günlüyündə kəsilir.

Müəllif | Apa.Tv
Apa.tv