Gəncədə məktəbli qızı maşın vurdu

Gəncədə yolu keçmək istəyən orta məktəb şagirdini maşın vurub. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb. Şəhər sakini, 11-ci sinif şagirdi, 1998-ci il təvəllüdlü Dilrubə Rövşən qızı Qafarova yolu keçmək istəyərkən Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Ruslan İbrahim oğlu Məmmədovun idarə etdiyi “VAZ21015” markalı avtomobil tərəfindən vurulub. Xəsarət alan məktəbli dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli