Azərbaycanda 41 yaşlı aktyor vəfat edib
Aktyor Ruslan Nəsirov dünyasını dəyişib.
APA-nın məlumatına görə, aktyor uzun müddətdir qaraciyər xəstəliyindən əziyyət çəkirmiş.
Qeyd edək ki, R. Nəsirov 1974-cü ildə anadan olub. O, “Qəm pəncərəsi” filmində Əhməd, “Tənha narın nağılı” filmində Sadıq, “Ağ atlı oğlan”da Cəfər və başqa rollarda oynayıb.