"Amnesty International": Təşkilat I Avropa Oyunlarını boykota çağırmayıb

"Amnesty International" Bakıda keçiriləcək I Avropa Oyunlarını boykot etməyə çağırmayıb.

 

APA-nın xəbərinə görə, bunu "Amnesty International"ın Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri Con Dalusen bəyan edib. Təşkilatın bununla bağlı yaydığı açıqlamada qeyd olunub ki, "Amnesty International"-ın sonuncu məruzəsi çıxandan sonra Azərbaycan və Ermənistan mətbuatında təşkilatın I Avropa Oyunlarını boykot etməyə çağırması ilə bağlı məlumatlar yayılıb: "Təşkilat nə məruzədə, nə əlavə edilən press-relizdə, nə də bu məruzə ilə bağlı KİV-lərə hər hansı müsahibədə Oyunları boykot etməyə çağırıb".

 

Qeyd edək ki, bir neçə gün öncə bəzi KİV-lər "Amnesty International"ın  Bakıda keçiriləcək I Avropa Oyunlarını boykot etməyə çağırması barədə məlumat yayıb.

Müəllif | Apa.Tv
Apa.tv