Balakəndə 22 yaşlı oğlan meşədə bıçaqlanıb
Balakəndə 22 yaşlı oğlan meşədə bıçaqlanıb. Balakən rayon Polis Şöbəsindən APATV-yə verilən məlumata görə, Kortala kənd sakini Tural İkram oğlu Şibriyev ilə İtitala kənd sakini, 17 yaşlı Ramazan Həsən oğlu Hacıyev aralarında baş verən münaqişəyə aydınlıq gətirmək üçün Kortala kəndi yaxınlığındakı meşə zolağında gediblər. Burada onların arasındakı mübahisə davaya çevrilib. Nəticədə Ramazan Hacıyev Tural Şibriyevə bıçaqla ağır xəsarət yetirərək hadisə yerindən qaçıb. Tural Şibriyev Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağırdır.
Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ramazan Hacıyev həbs edilərək istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.