Kürdəmirdə dostu 21 yaşlı oğlan odlu silahla qətlə yetirib

Kürdəmirdə 21 yaşlı oğlan odlu silahla qətlə yetirib. APA TV-nin məlumatına görə, Kürdəmir Rayon Polis Şöbəsinə (RPŞ) Axtaçı-Qarabucaq kəndində odlu silahla qətlə yetirilmiş kişi meyitinin olması barədə məlumat daxil olub.

 

Hadisə yerinə gedən əməliyyatçılar mərhumun kənd sakini, 1994-cü il təvəllüdlü Budaqov Neman Hacı oğlunun olduğunu müəyyən ediblər.

 

RPŞ Cinayət Axtarış Bölməsinin rəisi Qafar Abbasov deyib ki, Neman Budaqovu əvvəllər dost münasibətində olmuş həmkəndlisi, 1992-ci il təvəllüdlü Bağırov Toğrul Müşfiq oğlu “VAZ-2106” markalı avtomobilinin yük yerində saxladığı ov tüfəngi ilə bir neçə dəfə atəş açaraq qətlə yetirib.

 

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Zahid Abışov