Cəlilabadda faciə: 9 yaşlı oğlan su kanalında boğuldu

Cəlilabadda ehtiyatsız davranan azyaşlı su kanalına düşərək boğulub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində baş verib. 9 yaşlı Xəqani Zakir oğlu Həsənov ayağının sürüşməsi nəticəsində kənddən keçən su kanalına düşərək boğulub. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN)  Cənub  dalğıc-axtarış qrupunun əməkdaşları  cəlb olunub. Onların 2 saata yaxın apardıqları axtarışlar  nəticəsində Xəqani Həsənovun meyiti batdığı yerdən 200 metr kənarda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Kənd sakinlərinin sözlərinə görə, Xəqani su kanalın  yaxınlığında plastik su butulkaları toplayırmış.

 

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

 

Müəllif | Apa.Tv