Snouden qərarını dəyişdi

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvar Snouden yenidən İsveçrənin Cenevrə şəhərinə qayıtmaq istəyir. APA TV-nin məlumatına görə, bu barədə Snoudenin özü Rusiya mediasına açıqlamasında bildirib. Snouden 2009-cu ildən 2011-ci ilə qədər Cenevrədə yaşayıb.

 

Snouden bu addımının ABŞ üçün də münasib olacağını qeyd edib: "Mən hesab edirəm ki, İsveçrə siyasət nöqteyi-nəzərdən əla yerdir, çünki həmişə neytral mövqedə olub. Düşünürəm ki, bu qərar Amerika hökuməti üçün də münasib olardı".

 

Qeyd edək ki, Snouden 2013-cü ilin 23 iyunundan Moskvada yaşayır. O, indiyə kimi 20-ə yaxın ölkədən sığınacaq istəyib lakin, həmin ölkələrdən müsbət cavab ala bilməyib.

 

Müəllif | Apa.Tv