Türk ordusu Suriyanı vurdu

Türkiyə Ordusunun tankları Suriya torpaqlarını atəşə tutub. APA TV-nin məlumatına görə, bu barədə Türkiyə Baş Qərargahı açıqlama yayıb.

 

Açıqlamada bildirilir ki, Suriyanın Cerablus bölgəsində PKK və İŞİD arasında gedən döyüşlər zamanı Qaziantep Quru Qüvvələri 1-ci Hudut Komandanlığının nəzarəti altında olan ərazinin yaxınlığa raket mərmisi düşüb. Türkiyə Silahlı Qüvvələri dərhal hərəkətə keçib. Sərhədə yerləşdirilmiş tanklarla mərminin atıldığı ərazi atəşə tutulub. Türkiyə ərazisinə mərmi düşərkən heç kim xəsarət almayıb, ölən olmayıb.

 

Qeyd edək ki, Suriya ərazisində PKK və İŞİD arasında gedən döyüşlər zamanı Türkiyə ərazisinə tez-tez top mərmiləri düşür.

 

Müəllif | Apa.Tv