Səbaildə yaşayış binası yandı, sakinlər təxliyə olundu
Səbail rayonunda üçmərtəbəli yaşayış binasında yanğın baş verib. APA TV-nin məlumatına görə, yanğın Yüzbəyi Mürsəlov küçəsində yerləşən binanın 2-ci mərtəbəsində başlayıb.
Hadisə yerinə dərhal FHN yanğından mühafizə xidmətinin əməkdaşları gəliblər. Yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub. Yanğın söndürülüb və alovun qonşu mənzillər keçməsinin qarşı alınıb.
Hadisə nəticəsində iki mənzilin yanar konstruksiyaları yansa da, xəsarət alan olmayıb.
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.