Boris Nemtsovu öldürməkdə şübhəli bilinən iki çeçen saxlanıldı
Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovun qətlində şübhəli bilinən iki nəfər saxlanılıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov bildirib. Onun sözlərinə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayev və Anzor Qubaşev saxlanılıb. FTX rəhbəri bu barədə artıq prezident Vladimir Putinə məruzə olunduğunu söyləyib: "Cinayət işi üzrə araşdırmalar davam etdirilir". Qeyd edək ki, fevralın 27-də Rusiyanın tanınmış müxalifət lideri Boris Nemtsov Moskvanın mərkəzində naməlum şəxslər tərəfindən qətlə yetirilib.