Şəkidə qanunsuz silah saxlayan və oğruluq edən şəxslər tutulub
Şəkidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, qanunsuz silah-sursat saxlayan və oğruluq edən şəxslər həbs edilib. Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, şəhərin Heydər Əliyev prospekti 37 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş Nəzir Məmmədovun qanunsuz nartotik vasitələri əldə etmə və odsu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Nəzir Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı 4,94 qram həşiş qatranı aşkarlanıb.
Evindən 16 ədəd 5,45 çaplı avtomat Kalaşnikov silahının gülləsi də tapılıb.
Nəzir Məmmədovun ətrafında aparılan əməliyyat-axtarış tədbiri nəticəsində məlum olub ki, o, Şəki rayon sakini Şamil Mabudovla əlbir olaraq rayon ərazisində bir-neçə oğruluq hadisəsi törədib. Aparılmış istintaq zamanı məlum olub ki, onlar yanvarnın 16-da rayonun Qoxmuq kənd sakini Vüqar Məmmədovun və Kiş kənd sakini Bəhruz Allahyarzadənin həyətindən ümumilikdə 23 baş xırdabuynuzlu heyvan oğurlayıblar.
Faktla bağlı cinayət işi başlanılıb.