Novruz bayramı ilə əlaqədar Bakıda yarmarkalar təşkil ediləcək


Novruz bayramı ilə əlaqədar Bakı şəhərində satış yarmarkalar təşkil ediləcək. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yarmarkalar əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə keçirilir. 
14-19 martda təşkil ediləcək yarmarkalar Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə həyata keçiriləcək. 
 
Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunub və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

Müəllif | Apa.Tv
Apa.tv