ABŞ-ın 120-dən çox tankı və zirehli texnikası Latviyaya gətirilib

ABŞ Silahlı Qüvvələrinin 120-dən çox tankı və digər ağır zirehli texnikası  Latviyaya gətirilib. APA TV-nin məlumatına görə, bu barədə Latviya Müdafiə Nazirliyi açıqlama yayıb. Nazirliyin məlumatına görə, "M1A2 Abrams" tankları, "M2A3 Bradley" zirehli maşınları, bundan başqa 120-dən çox hərbi texnika ABŞ-dan Latviyaya gətirilib. Latviya müdafiə naziri Raymon Beyonis Тwitter səhifəsində ABŞ-ın hərbi texnikasının Latviyaya gətirilməsinə münasibət bildirib.

 

"Müttəfiqlərimiz NATO və ABŞ-ın Latviyaya dəstəyi regionun təhlükəsizliyi və suverenliyi üçündür"- deyə o bildirib.

 

Qeyd edək ki, Ukraynada qarşıdurma başlayandan sonra ABŞ Baltikyanı ölkələrə və Polşaya Amerika hərbçiləri yerləşdiriləcəyini bəyan edib. Hazırda Latviyada 150 amerikalı desant var. Latviya 2004-cü ildən NATO-nun üzvüdür.

 

Müəllif | Apa.Tv