"Survivor"da faciə: dünya və olimpiya çempionları helikopter qəzasında öldü

Argentinada helikopter qəzaya uğrayıb. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, hadisə baş verən zaman helikopterdə "Survivor" realiti-şousunun çəkiliş qrupu olub. 10 nəfərin öldüyü bildirilir, sağ qalan yoxdur. Ölənlərdən 8 nəfəri Fransa, 2-si isə Argentina vətəndaşıdır. Onlar ölkənin şimal-qərbinə, La-Rioxa əyalətinin "Talampiya" Milli Parkında ekstremal TV proqramının çəkilişləri üçün uçublar. Sinoptiklər həmin vaxt hava şəraitinin əlverişli olduğunu bildiriblər. Həyatını itirən fransızlar arasında bir neçə məşhur idmançı var. Onlardan biri - 1990-cı ildə Atlantik okeanını yelkənli qayıqla keçən 57 yaşlı Florans Artodur. Ölənlər arasında 2012-ci ildə olimpiya çempionluğunu qazanan, dəfələrlə dünya və Avropa çempionu olmuş 25 yaşlı Kamil Müfa da var.

Müəllif | Apa.Tv
Apa.tv