Rusiya Avropaya qaz nəqlini tam bərpa etdi
Yeddi ay əvvəl Avropaya qaz ixracını böyük həcmdə azaldan "Qazprom" nəqli tam həcmdə bərpa edib. APA TV-nin məlumatına görə, operatorlar nəqlin xüsusilə Ukrayna-Slovakiya sərhədində, Velke-Kpuşanı məntəqəsi üzərindən 40 faizə qədər artdığını bildiriblər. Bu isə əvvəlki aylarla müqayisədə təxminən 2,2 dəfə çoxdur. Hazırda bu marşrut üzərindən 107,7 milyon kubmetr mavi yanacaq ötürülür Qazın təxminən 70 faizi İtaliyaya, qalan hissəsi isə Almaniyaya nəql edilir. "Qazprom" həmçinin "Şimal axını" xətti ilə ixracı sutkada 95 milyon kubmetrə qədər artırıb. "Yamal-Avropa" marşrutu üzrə qaz ixracı 19 faiz artıb, bu isə gün ərzində 82 milyon kubmetr qaz nəqli deməkdir. "Qazprom" ixracın qəfil artırılmasına münasibət bildirməkdən boyun qaçırıblar.