Xırdalanda qardaş bacısını bazarda güllələyib

Xırdalanda silahlı insident baş verib. Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Xırdalan Mərkəzi Bazarında qeydə alınıb. 1963-cü il təvəllüdlü Nadir İbrahiməli oğlu Abduləliyev aralarında yaranan münaqişə zəminində bacısı, 1965-ci il təvəllüdlü Aybəniz İbrahiməli qızı Lətifovaya tüfəngdən atəş açıb. Hadisəni törədən Nadir Abduləliyev tutulub. Faktla bağlı araşdırmalara başlanıb.

  

Müəllif | Apa.Tv
Apa.tv