Bakıda küçədə hamilə qadına hücum edən şəxs yaxalanıb

Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları oğurluqda təqsirləndirilən Hökməli sakinini həbs ediblər. 32 yaşlı Əhəd Qədirov avtomobillərdən oğurluq etməkdə günahlandırılır. Törətdiyi cinayəti etiraf edən Əhəd Qədirovun qəsəbədəki marketdən də oğurluq etdiyi bildirilir: "Sərxoş idim, daşı vurdum, mağazanın şüşəsini qırdım. Şüşə catlamışdı onsuzda. Girdim içəri, siqaret götürdüm, bir də televizor, indi evdədir".

 

Polis bu şəxsin digər analoji cinayətlərdə iştrakını istisna etmir. APA TV-nin xəbərinə görə, Yasamal Rayon Polis İdarəsinin 27 -ci polis bölməsinin əməlkdaşları isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əfsun Hüseynovu yaxalayıblar. Saxlanılan şəxs hamilə qadına hücum edib, pul kisəsini alaraq qacıb. Zərərçəkən Leylaxanım Zeynalova yolu keçərkən hücuma məruz qalıb. Əfsun Hüseynov qadına zor tətbiq edərək, içərisində 97 manatı və 3 ABŞ dolları, habelə sənədləri olan pul kisəsini alıb qaçmaqda təqsirləndirilir.   

 

Müəllif | Apa.Tv