Bakıda yolu qırmızı işıqda keçən qadın sürücü qəza törətdi

Ötən gecə Bakının Nizami rayonu ərazisində yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb. Şəhər mərkəzi istiqamətində yüksək sürətlə hərəkətdə olan “Volkswagen” markalı avtomobilin hələlik şəxsiyyəti dəqiqləşdirilməyən qadın sürücüsü işıqforun qırmızı işığına məhəl qoymayıb. Nəticədə maşın əvvəlcə "Mercedes"ə, daha sonra isə yol ayrıcındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, “Volkswagen”ə ciddi ziyan dəyib.

 

Qəza törədən avtomobilin sürücüsü naməlum səbəbdən hadisə yerini tərk edib. "Mercedes"in sürücüsü isə qəzanı belə xatırlayır.

 

İşıq dirəyinin aşması nəticəsində Babək prospektinin işıqlandırılmasında bir müddət fasilə yaranıb. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı araşdırmalar davam edir.

 

Müəllif | Apa.Tv